“Braziliya aşsüzənə döndü...” – Tanınmışların statusları

“Braziliya aşsüzənə döndü...” – Tanınmışların statusları
  09 İyul 2014    Oxunub:976
Ötən gecə Dünya Çempionatının yarım-final mərhələsində Almaniya ilə Braziliya arasında baş tutan oyun almanların gözlənilməz hesabla qələbəsilə başa çatdı. Matçda 7:1 hesabla möhtəşəm qələbə qazanan Almaniya tarixdə bir ilkə imza atdı.
Avropalıların meydan sahibi Braziliyanı darmadağın etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

AzVision.az məşhurların Almaniya-Braziliya oyunu ilə bağlı maraqlı facebook rəylərini təqdim edir:

Almaniyanın Azərbaycandakı səfirliyinin rəsmi Facebook səhifəsi:

“Biz artıq FİNALDAYIQ!!! Almaniya yığmasını və bütün Almaniya fanatlarını bu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirik!!! 7:1 Tarixi oyun!”

Politoloq Ərəstun Oruclu: “Sən demə almanlar həm də yaxşı aşsüzən istehsal edə bilirlərmiş”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə: “Almaniya - Braziliya 7:1. İnam - Arxayınçılıq 7:1”

Tanınmış jurnalist Azər Sarıyev: “Luis Felipe Skolari: "Oğlum Yadullanın müsibəti heç belə olmamışdı..."

“Lent.az” saytının baş redaktoru Qabil Abbasoglu: “8 min pul alıblar, oynamaqlarına bax...”

Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı: “Biri Braziliyanı oradan aparsın. Ayıbdır”

İqtisadçı ekspert İlham Şaban: “Bəlkə Braziliyanın Prezidenti bu gecə İSTEFA verdi...”

“AzVision.az”saytının baş redaktoru Vüsal Məmmədov: “Görəsən, müsavatçılar Qəmbərin sözünə inanıb, Topaz-a pul qoymamışdılar ki?”

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Teymur Abdullayev: “ Nolar kimsə Braziliyanı alsın da Almaniyanın əlindən”.

REAL hərəkatının icra katibi Natiq Cəfərli: “Stadion oxuyur, yox, mərsiyə deyir...”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti