Nənə o dünyadan nəvəsinə “selfie” göndərdi

Nənə o dünyadan nəvəsinə  “selfie” göndərdi
  08 İyul 2014    Oxunub:1446
Ölmüş nənənin nəvəsinin telefonuna o dünyadan “selfi” göndərməsi ölkəni şoka salıb.
AzVision.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bu hadisə Rumıniyanın cənub-şərqində yerləşən Skurteşti şəhərində baş verib.

Şəhər sakinləri Mixay familiyalı həmyerlilərinin ruhuna dua etmək üçün kütləvi şəkildə kilsəyə axışır.

Buna səbəb ölmüş qadının ruhunun cəhənnəm əzablarına məruz qaldığını əks etdirən fotodur.

Sakinlər hesab edir ki, qadın o dünyadan nəvəsinin mobil telefonuna “selfi” göndərib. Həmin fotoda onun boynuna ilan dolandığı görünür.

“Mən telefonu açdım və ölmüş nənəmin sifətini görəndə şoka düşdüm. Onun boynuna ilana oxşar nəsə dolanmışdı, şəkil isə elə görünürdü ki, sanki canlıların dünyasını ölülərin dünyasından ayıran pərdədəki deşikdən çəkilib” - deyə qadının nəvəsi Cina Mixay bildirib.

Cina Mixay telefonu foto ilə birlikdə falçıya aparıb. Falçı deyib ki, bu yolla nənəsi ona o dünyadan mesaj göndərir. Onun boynundakı ilan isə qadının hansısa günahlarına görə o dünyada əzab çəkdiyini göstərir.

Cina Mixay istisna etmir ki, nənəsinin o dünyada cəzalandırılmasında onun da günahı var. Çünki rumın ənənələrinin əksinə olaraq o, nənəsinin qəbri üstünə yemək aparmayıb.


Teqlər:





Xəbər lenti