Leyla Əliyevadan ailəsinə: “Hamınızı sevirəm”

Leyla Əliyevadan ailəsinə: “Hamınızı sevirəm”
  03 İyul 2014    Oxunub:2339
Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva doğum günü təbriklərinə görə, ailəsinə, yaxınlarına təşəkkürünü bildirib.
AzVision.az xəbər verir ki, prezidentin qızı onu doğum günü münasibətilə təbrik edən qohumlarına təbrik və diqqətlərinə görə öz təşəkkürünü bildirib:

“Bütün təbrik və diqqətə görə təşəkkür edirəm. İlham Əliyev, Mehriban Əliyeva, Arzu Əliyeva, Rüfət Əliyev, Sevil Əliyeva, Ədalət Əliyev və başqaları. Hamınızı sevirəm, bu gün mənim doğum günümdür”,-deyə L.Əliyeva qeyd edib.

Qeyd edək ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. 2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə əkiz oğlan uşaqları dünyaya gəlib.

Uşaqlarının adı Mikayıl və Əlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti