İki boksçumuz 1/4 finala yüksəlib

O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.
Alfonso Dominqes (92 kq) də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Növbəti görüşündə Yan Zaka qarşı (İsrail) gücünü sınayacaq. Döyüş aprelin 22-də baş tutacaq.
Daha öncə boksçumuz Malik Həsənov (63,5 kq) da mərhələ adlamışdı.
AzVision.az