“Atamın heç bir xəstəliyi yox idi” - Tural Rəcəbli

 “Atamın heç bir xəstəliyi yox idi” -  Tural Rəcəbli
  17 Aprel 2024    Oxunub:1267
“Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.
AzVision.az xəbər verir ki, bunu Bizim.Media-ya sabiq deputat Hadi Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB


O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub: “Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.

Onun sözlərinə görə, Hadi Rəcəbli bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti