Sozin: "Rüşvət alan hakimin barmağını kəsək"
“Bu metod yalnız ağır, dövlət səviyyəsində olan cinayətlər üçün lazımdır”, - Sozin deyib. Həmçinin, keçmiş RFS rəsmisi ironik şəkildə futbol hakimlərinə qarşı işgəncə üsullarından istifadə etməyi təklif edib.
"Gəlin onların dırnaqlarını qoparaq. O zaman mütləq hər şeyi deyəcəklər. Sonra barmaqları kəsək. Bu ağrılıdır və o zaman hakimlər hətta olmayan şeyləri də deyəcəklər! Düzünü desək, ölkədə pul götürməyən və rüşvət verməyən az adam qalıb. Əminəm ki, rüşvət alırlar. Lakin yalan detektoru göstərəcək ki, bu, ifşa üçün yaxşı üsul deyil”, - Sozin bildirib.
AzVision.az
Teqlər: