“Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub

Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb. Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.
"Bayer" bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb, 25 qələbə və 4 heç-heçə ilə yadda qalıb.
"Bavariya" isə 63 xalla ikinci pillədə qərarlaşıb.
AzVision.az
Teqlər: