"Xırdalan" "Neftçi" üzərində qələbə qazanıb

"Xırdalan" "Neftçi" üzərində qələbə qazanıb
  11 Aprel 2024    Oxunub:1192
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 17-ci turunun ikinci oyunu baş tutub.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, "Neftçi" və "Xırdalan" klublarının üz-üzə gəldiyi oyunun əsas vaxtı 89:89 hesabı ilə yekunlaşıb. İki əlavə vaxtda daha yaxşı təsir bağışlayan "Xırdalan" Teyvion Körkun 45 xalla tripl-dablı nəticəsində rəqibi üzərində 114:109 hesablı qələbə qazanaraq, turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Ən məhsuldar basketbolçular kimi "Neftçi"dən Di Angelo Stüart (35 xal, 5 asist ), "Xırdalan"dan isə Teyvion Körk (45 xal, 11 ribaund, 10 asist) yadda qalıblar.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti