İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
  11 Aprel 2024    Oxunub:862
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.
AzVision.az xəbər verir ki, millimizin iki boksçusu yarımfinala vəsiqə qazanıb.

Bilalhəbaşi Nəzərov (48 kq) irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibinə 5:0 hesabı ilə qalib gəlib. Nəzərov yarımfinalda ispaniyalı Frihah İsmael Maqraou ilə üz-üzə gələcək.

Ömər Aslanlı (54 kq) da komanda yoldaşının uğurunu təkrarlayıb. İngilis rəqibi Turner Cozef Ceymslə qarşılaşan boksçumuz 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda bolqarıstanlı Atanas Dinkovla qarşılaşacaq.

Boksçularımız yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təminat altına alıblar. Bu mərhələnin görüşləri aprelin 12-də baş tutacaq.

AzVision.az


Teqlər: idman   boks   Avropa-çempionatı  





Xəbər lenti