İki stolüstü tennisçimiz "İdman ustası" adına layiq görülüb

İki stolüstü tennisçimiz "İdman ustası" adına layiq görülüb
  09 Aprel 2024    Oxunub:1110
Stolüstü tennis üzrə Azərbaycan millisinin iki üzvü "İdman ustası" adına layiq görülüb.
AzVision.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Adil Əhmədzadə və Mərziyyə Nurmətova bu dərəcə təqdim edilib.

Hər iki idmançı Azərbaycan çempionu, eyni zamanda, dəfələrlə beynəlxalq yarışların qalib və mükafatçılarıdır.

AGİN-in ənənəvi tədbirinə ötən ay Türkiyədə təşkil olunan "Avropa Gənclər Seriyası 2024" yarışında 10 medal qazanan yığma üzvləri də dəvət ediliblər. Həmin yarışda stolüstü tennisçilərimiz 1 qızıl, 2 gümüş, 7 bürünc medal qazanmışdılar.

AzVision.az


Teqlər: idman   tennis   dərəcə  





Xəbər lenti