“Traktor”un həbsdə olan keçmiş oyunçusu aclıq aksiyasına başlayıb

“Traktor”un həbsdə olan keçmiş oyunçusu aclıq aksiyasına başlayıb
  06 Aprel 2024    Oxunub:865
Təbrizin “Traktor” futbol klubunun keçmiş oyunçusu Əmir Nəsr Azadi İsfahanın Dəstgerd şəhər zindanında aclıq aksiyası keçirir.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bildirilib ki, 2022-ci il etirazları zamanı həbs edilən keçmiş futbolçu təkadamlıq kameraya köçürülüb və iki gün öncə aclıq aksiyasına başlayıb.

Qeyd olunub ki, Əmir Nəsr Azadinin adı ilə “X” və “Instagram” platformalarında hesab açılıb. Onun bacısı Hədisin sözlərinə görə, bu hesablarda qardaşının mesaj və müraciətləri paylaşılacaq.

Aprelin 5-də isə sözügedən hesablarda paylaşım edilərək vurğulanıb ki, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) Əmir Nəsr Azadini sosial media hesablarının aktivləşməsi səbəbindən təkadamlıq kameraya köçürüb.
AzVision.az



Teqlər:





Xəbər lenti