Millimiz Macarıstanla səfərdə heç-heçə qalıb

Əvvəlcə 44-cü dəqiqədə meydan sahibləri Henrietta Çizarın qolu ilə hesabı açıblar. Qarşılaşmada son nöqtəni 74-cü dəqiqədə Sevinc Cəfərzadə qoyaraq, komandamıza 1 xal qazandırıb.
B Liqasının I qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Yığmamız II turda aprelin 9-da İsveçrə ilə görüşəcək.
AzVision.az