"Qarabağ" ölkə çempionluğunu rəsmiləşdirib

   "Qarabağ" ölkə çempionluğunu rəsmiləşdirib
  29 Mart 2024    Oxunub:1185
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrənin növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, XXVIII turun ikinci matçında "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə Julio Romao açıb. 52-ci və 56-cı dəqiqələrdə Olavio Juninyo dubl edib. Abbas Hüseynov 64-cü dəqiqədə fərqi dörd topa çatdırıb. Elvin Cəfərquliyev 69-cu dəqiqədə növbəti qola imza atıb. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Latir Fal müəyyənləşdirib

Bununla da xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.

Günün digər oyununda isə "Neftçi" səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.

Turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.

AzVision.az


Teqlər: idman   Qarabağ   çempion  





Xəbər lenti