"Gəncə", "Abşeron" və "Azərreyl" qələbə qazanıb - FOTO

"Gəncə", "Abşeron" və "Azərreyl" qələbə qazanıb -    FOTO
  26 Mart 2024    Oxunub:1424
Qadın voleybolçuların Yüksək Liqasında XVIII turun oyunları keçirilib.
AzVision.az xəbər verir ki, matçların ikisi Bakıda, digəri isə Gəncədə baş tutub.

“Gəncə” doğma meydanda UNEC-i qəbul edib. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün növbəti görüşündə “Abşeron” və “Milli Aviasiya Akademiyası” kollektivləri üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda birincilər 3:0 hesabı ilə qələbə qazanıb.

Turun son matçı eyni məkanda “Murov Az Terminal” və “Azərreyl” komandaları arasında olub. Gərgin keçən qarşılaşmada “dəmiryolçular” 3:1 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib.

Bu nəticələrdən sonra "Azərreyl" 45 xalla turnir cədvəlinə başçılıq edir. "Abşeron" 39 xalla ikinci, 37 xallı "Murov Az Terminal" isə üçüncü pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: idman   voleybol  





Xəbər lenti