Rövnəq Abdullayev futbolçulara 40 min manat vəd edibmiş
Lakin “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən bu oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və milli üzvləri ən azı 40 min manat mükafatdan məhrum olublar.
Qeyd edək ki, bu, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi dövründə Azərbaycan milli komandasının sonuncu oyunu olub. Aprelin 2-də AFFA prezidentliyinə seçkidə R.Abdullayev namizəd olmayacağını açıqlayıb.
Xatırladaq ki, bu ildən ilk dəfə təşkil olunan "FİFA series – Edition 2024" yarışı 4 ölkədə keçiriir. Onlardan biri də Azərbaycandır. Onu da əlavə edək ki, ötən dövr ərzində Azərbaycanda qadınlar arasında U-17 dünya çempionatı, 2019-cu ilin Avropa Liqasının finalı ("Çelsi" - "Arsenal") və Avro-2020-ün final mərhələsinin 4 oyunu Bakıda keçirilib. (Qol.az)
AzVision.az
Teqlər: