Azərbaycan millisi Bolqarıstana qarşı

   Azərbaycan millisi Bolqarıstana qarşı
  25 Mart 2024    Oxunub:749
Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün 2-ci - sonuncu matçına çıxacaq.
AzVision.az xəbər verir ki, rəqib Bolqarıstan millisi olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Azərbaycan millisi ilk oyununda Monqolustana 1:0 hesabı ilə qalib gəlib. Bolqarıstan isə eyni hesabla Tanzaniyanı üstələyib.

Bu gün eyni zamana, Tanzaniya Monqolustanla qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Xatırladaq ki, bu yarış turnir deyil və yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq.

25 mart

20:00.Azərbaycan – Bolqarıstan
Baş hakim: Kristo Tohver (Estoniya)
Tofiq Bəhramov adına Respublika stadionu

AzVision.az


Teqlər:





Xəbər lenti