Bakıda beynəlxalq boks turniri keçiriləcək

Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan yığmaları güclərini sınacaqlar.
Kişi boksçular 13, qadınlar isə 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
121 idmançının qatılacağı turnirin açılış mərasimi saat 13:30-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq. Yarışa martın 28-də yekun vurulacaq.
Yığmamız "Böyük İpək Yolu"na 34 kişi, 9 qadın boksçu ilə qatılacaq.
Turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaqlar.
AzVision.az
Teqlər: idman boks turnir Bakı