“Çelsi” və “Mançester Siti” Premyer Liqadan qovula bilər

“Çelsi” və “Mançester Siti” Premyer Liqadan qovula bilər
  21 Mart 2024    Oxunub:979
“Çelsi” və “Mançester Siti” maliyyə pozuntularında təqsirli bilinsələr, Premyer Liqadan qovulacaqlar.
Bu barədə The Sun xəbər verib. Mənbənin sözlərinə görə, 2024-cü ilin payızında müstəqil komissiya “Çelsi”nin işini araşdırmağa başlayacaq. Hazırda kluba qarşı ittiham irəli sürülməyib, lakin ötən ilin yayında Roman Abramoviçin dövründən qalma maliyyə pozuntuları aşkarlanıb. Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funta alıb. 2022-ci ilin mayında o, klubu sanksiyalara görə satıb.

2023-cü ildə isə “Mançester Siti”yə qarşı maliyyə feyr-pley qaydalarını pozduğuna görə 115 ittiham irəli sürülüb. Klublar İngiltərə Premyer Liqasından xaric oluna bilər.

Premyer Liqanın cari mövsümündə “Mançester Siti” turnir cədvəlində Arsenal və Liverpuldan bir xal geri qalaraq üçüncü yerdədir. “Çelsi” 11-ci yerdədir.


AzVision.az


Teqlər:





Xəbər lenti