AFFA-dan “İrəvan” klubu ilə bağlı qərar

   AFFA-dan “İrəvan” klubu ilə bağlı qərar
  17 Mart 2024    Oxunub:1024
AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin 1-ci liqa təmsilçisi "İrəvan" klubu ilə bağlı qərarları açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Toplantıda aşağıdakı qərarlar qəbul edilib:

“İrəvan” Futbol Klubu tərəfindən Əlizadə Asim Xosrov oğluna ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği 1 may 2024-cü il tarixinədək ödənilsin, o cümlədən hər ay ona ödənilməli olan xidmət haqqı məbləği tərəflər arasında mövcud olan müqavilənin sonunadək A.Əlizadəyə ödənilsin.

“İrəvan” Futbol Klubu tərəfindən Jidkov Aleksandr Vitalyeviçə ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği birdəfəlik qaydada A.Jidkova ödənilsin.

İrəvan” Futbol Klubu ilə Tağıyev Cavid Qabil oğlu arasında mövcud olan müqaviləyə xitam verilsin.
AzVision.az


Teqlər:





Xəbər lenti