"Neftçi" qalib gəlib

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
23-cü dəqiqədə “Səbail”in müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.
"Ağ-qaralar"ın heyətində cəmi 3 dəqiqədən sonra Azər Salahlı fərqlənib. Matçın yekun nəticəsini isə 85-ci dəqiqədə Yeqor Boqomolski müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 40-a çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. "Səbail" isə 37 xalla beşinci sırada qərarlaşıb.
AzVision.az