Güləşçilərimiz 6 qızıl medal qazanıblar - FOTOLAR

   Güləşçilərimiz 6 qızıl medal qazanıblar -    FOTOLAR
  14 Mart 2024    Oxunub:968
Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, yarışda ölkəmizi hər 3 güləş növü üzrə millimiz təmsil edib.

Güləşçilərimiz ümumilikdə 22 (6 qızıl, 7 gümüş, 9 bürünc) medal əldə edib.

Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzovla Vahid Məmmədovun rəhbərliyi altında 8 medal qazanıb. Ruslan Əlizadə (48 kq), Hüseyn Hüseynov (55 kq) və İsa Yusibov (65 kq) qızıl, Məhəmmədəli Əlizadə (51 kq), Məhəmməd Abbaszadə (80 kq), Səid Paşayev (92 kq) və İsmayıl Kərimov (110 kq) gümüş, Hüseyn Məmmədtağızadə (110 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimiz böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında 10 medal qazanıb. Turan Daşdəmirov (51 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq) birinci, Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Emil Abdullayev (65 kq) ikinci, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Səyyad Nağızadə (60 kq) və İsbəndiyar İmanov (65 kq) isə üçüncü yeri tutub.

Qadın güləşçilərimiz böyük məşqçi Rövşən Umudovla məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 4 medal qazanıb. Nəzrin Əhmədli (43 kq), Esra Məmmədli (49 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (73 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında ikinci olub.

Qeyd edək ki, ənənəvi turnirdə beynəlxalq dərəcəli hakim Kamran Baxışov ədaləti qoruyub.

AzVision.az

Qalereya




Teqlər: idman   güləş   medal  





Xəbər lenti