Millət vəkilləri məzun günündə - FOTO

Millət vəkilləri məzun günündə - FOTO
  28 İyun 2014    Oxunub:1423
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində “Məzun Günü” keçirilib.
AzVision.az xəbər verir ki, “Məzun Günü”ndə İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, ARDNŞ-in iqdisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev, universitetin professor- müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, 2013-2014-cu tədris ilində universitetin bakalavr və magistr pillələrini 4738 məzun bitirir. Ə.Muradov vurğulayıb ki, bu ildən etibarən universiteti yüksək balla bitirən məzunlar üç il ərzində işlə təmin olunmaq üçün ADİU-ya müracət edə bilərlər.
Daha sonra tədbirə dəvət olunan qonaqlar universitetin son dövrlərdəki qazandığı nailiyyətlərdən söz açıb, məzunları təbrik ediblər.
“Məzun Günü”ndə universitet üzrə ən yüksək bal toplamış, ölkədə və xaricdə keçirilən idman yarışlarında, elmi müsabiqə və konfranslarda birinci yerə layiq görülmüş məzunlar Fəxri Fərman və mükafatlarla təltif olunublar.
Tədbridə universitet tarixində ilk dəfə olaraq məzunlara ADİU himninin sədaları altında rəmzi diplomlar verilib, onlar ali təhsil müəssisəsinin bayrağını III kurs tələbələrinə təhvil veriblər. Estafeti təhvil alan gələcək məzunlar universitetin adını uca tutacaqlarına and içiblər. Sonra mantiya geyinmiş məzunların papaq atma mərasimi keçirilib.
Tədbir universitetin tələbələrindən ibarət bədii özfəaliyyət kollektivinin çıxışı ilə davam edib. Tələbələr türk, ingilis və italyan dillərində musiqilər ifa edib, müxtəlif rəqslər nümayiş etdiriblər.
“Məzun günü” atəşfəşanlıq ilə başa çatıb.


Teqlər:





Xəbər lenti