İrəvan meriyası qarşısında etiraz aksiyası keçirilir - VİDEO
12 Mart 2024
Oxunub:1375
Ermənistanda etiraz aksiyası keçirilir.
"Mamul"un yaydığı məlumata görə, İrəvan meriyasının qarşısına xeyli sayda polis qüvvələri cəlb edilib. Aksiyaya səbəb meriyanın nəqliyyatda gediş haqqının artırılması ideyasını ortaya atması olub.
Kentron inzibati dairəsinin keçmiş rəhbəri Viktor Mnatsakanyan jurnalistlərlə söhbətində deyib ki, rəhbərlik yalnız ictimai nəqliyyatda vəziyyəti pisləşdirməklə məşğuldur. Çünki onların tətbiq etdikləri modellərin heç biri işə yaramayıb: "Nəqliyyatla ictimai nəqliyyat arasında fərq var. Şəhər rəhbərliyi ancaq ictimai nəqliyyatdan danışır, taksilərdən heç nə demir. Taksi sürücülərim isə onlayn taksi platformaları ilə mübarizə aparırlar. Şəhər rəhbərliyi heç vaxt heç bir beynəlxalq ekspertlə ictimai nəqliyyatın hansı istiqamətə yönəldilə biləcəyini müzakirə etməyib. İrəvanda nəqliyyat inkişaf etməlidir. Məsələn, biz daha rəngarəng sistem, tramvayların iş salınması variantını təklif edirik. İrəvanda ictimai nəqliyyat ən azı 3-5 il pulsuz ola bilər”.
Xatırladaq ki, bu gün İrəvan Ağsaqqallar Şurası nəqliyyatda gediş haqqının artırılması ilə bağlı qalmaqallı layihəni müzakirə edəcək.