"Boeing" 89 tənzimləyici yoxlamadan 33-də uğursuzluqla üzləşib

   "Boeing" 89 tənzimləyici yoxlamadan 33-də uğursuzluqla üzləşib
  12 Mart 2024    Oxunub:643
Alyaska Hava Yollarına məxsus 737 MAX təyyarəsinin yanvar ayında gövdəsinin bir hissəsinin itməsi ilə nəticələnən hadisədən sonra "Boeing" Federal Aviasiya Administrasiyasının (FAA) 89 yoxlamasından 33-dən keçə bilməyib.
AzVision.az xəbər verir ki, bunu New York Times FAA məlumatlarına istinadən məlumat yayıb.

Yoxlamalar altı həftə davam edib və həm "Boeing", həm də "Boeing 737 MAX" üçün gövdə istehsal edən "Spirit AeroSystems" şirkətlərinə təsir edib.

“Boeing” 89 yoxlamanın 56-dan keçib. Auditorlar diqqəti "qanadlar və bir sıra digər sistemlər də daxil olmaqla 737 MAX-ın bir çox hissəsinə" və işçilərin məhsulun keyfiyyətinə nəzarətlə bağlı anlayışına yönəldiblər.

Yoxlamalar zamanı 97 istehsal normasına əməl edilməməsi faktı aşkar edilib.

"Spirit AeroSystems" 13 yoxlamadan 7-də uğursuz olub. FAA sənədləri göstərir ki, "Spirit AeroSystems" mexanikləri qapı möhürünü sınamaq üçün otel açar kartından istifadə edən mexanikləri görüblər və möhür üzərində işləyərkən maye sabundan "uyğunlaşma prosesi zamanı sürtkü kimi" istifadə olunub.

"Boeing 737" dar gövdəli, qısa və orta məsafəli sərnişin və nəqliyyat təyyarələridir. Təyyarə 1967-ci ildən "Boeing" tərəfindən istehsal olunur. "Boeing 737" mülki aviasiya tarixində ən populyar sərnişin təyyarəsi olub, on mininci təyyarə 13 mart 2018-ci ildə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti