Tramp Orbana Kiyevə pul verməyəcəyini deyib

 Tramp Orbana Kiyevə pul verməyəcəyini deyib
  11 Mart 2024    Oxunub:1182
ABŞ-ın 45-ci prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanla görüşündə dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynaya pul ayırmayacağını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı M1 telekanalına açıqlamasında məlumat verib. Onun sözlərinə görə, respublikaçı namizədin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq planı var.

Orbanla Trampın görüşünün təfərrüatları məlum olub
"Donald Tramp yenidən prezident olsa, avropalıların təhlükəsizliyini maliyyələşdirmək istəməyəcək və ABŞ-nin Ukraynaya müharibə aparmaq üçün pul ayırmasını dəstəkləməyəcək", - Orban qeyd edib.

Macarıstanın baş nazirinin sözlərinə görə, Trampın “hazırda davam edən müharibəni necə bitirmək barədə kifayət qədər ətraflı planları var”. O, təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Viktor Orban bir neçə gün öncə Floridada Donald Trampla görüşüb. Danışıqların əsas mövzuları Rusiya-Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Orban   Tramp  





Xəbər lenti