Qəzzada döyüşlər iki aydan çox sürməyəcək
Baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) artıq HƏMAS qruplaşmasının döyüş terrorçu batalyonlarının 75 faizini məhv edib. “Biz son hissəyə yaxınlaşırıq”, - deyə Netanyahu vurğulayıb.
O, həmçinin əmin edib ki, İsrail hərbçiləri hələ də hərbi əməliyyatları Rəfah şəhərinə qədər genişləndirmək niyyətindədirlər. Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail dövləti Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.
AzVision.az
Teqlər: