Boksçumuz erməni rəqibinə qalib gəldi

   Boksçumuz erməni rəqibinə qalib gəldi
  10 Mart 2024    Oxunub:1300
Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
AzVision.az xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz ermənistanlı Rudolf Qarboyanla döyüşüb.

1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən N.Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.

İdmançımızı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi 1 addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.

Qeyd edək ki, Nicat Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin noyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.



AzVision.az


Teqlər:





Xəbər lenti