Tısbağa yeyən 8 uşaq öldü

Tısbağa yeyən  8 uşaq  öldü
  09 Mart 2024    Oxunub:1930
Tanzaniyanın Pemba adasında dəniz tısbağasının ətini yedikdən sonra 8 uşaq ölüb, 78 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb.
“The Citizen”in yaydığı məlumata görə, tibbi müayinə nəticəsində uşaqların dəniz tısbağasının ətindən zəhərlənərək öldükləri təsdiqlənib. Zəhərlənənlər qorxduqları üçün xəstəxanalara gec müraciət ediblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Bu, ilk belə hadisə deyil. 2023-cü ilin mart ayında Tanzaniyanın Hind okeanındakı Mafiya adasında dəniz tısbağası əti yeyən yeddi nəfər ölmüşdü. Tanzaniya rəsmiləri dəniz tısbağasının ətinin zəhərli olduğunu bildirib.
AzVision.az



Teqlər: Tısbağa  





Xəbər lenti