Orbanla Trampın görüşünün təfərrüatları məlum olub

Orbanla Trampın görüşünün təfərrüatları məlum olub
  09 Mart 2024    Oxunub:913
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Macarıstanın baş naziri Viktor Orban Floridada görüş zamanı dövlət sərhədlərinin qorunmasından danışıblar.
Bu barədə ABŞ-ın keçmiş prezidentinin mətbuat xidməti məlumat yayıb. "Donald Tramp və Baş nazir Viktor Orban bu gün Mar-a-Laqoda (Trampın Floridadakı mülkü - Qeyd) güclü və təhlükəsiz sərhədlərin mühüm əhəmiyyəti də daxil olmaqla Macarıstan və Birləşmiş Ştatlarla bağlı geniş spektrli məsələləri müzakirə etmək üçün görüşüblər",-məlumatda deyilir.

AzVision.az


Teqlər: Orban  





Xəbər lenti