"Ermənistan unikal anklava çevrilir" - Vardanyan

   "Ermənistan unikal anklava çevrilir" -    Vardanyan
  08 Mart 2024    Oxunub:924
Nikol Paşinyan 86 min 600 kvadrat kilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycanın iddia etdiyi kəndlərin həmin əraziyə daxil olduğunu bəyan edən zaman anklavlar məsələsi gündəmə gəlib.
Bu barədə Ermənistan parlamentinin deputatı Kristine Vardanyan deyib.

Müxalifətçi deputat qeyd edib ki, ictimaiyyət Tavuş bölgəsinin ətrafındakı anklav kəndləri təhvil verməyin nə demək olduğunu bilmir: "Tavuşdan kəndlər verilsə, azərbaycanlılar Gorus-Qafan yolunda yerləşdirilsə, bu, bizim ən təchiz olunmuş cəbhə xəttimizi darmadağın edir. 3-cü müdafiə rayonu ən çox qorunan rayonlarımızdan biridir və məhz o cəbhə xətti sayəsində 2020-ci ildən sonra bu istiqamətdə hücumlara rast gəlməmişik. İndi gətirsək, Azərbaycan bölmələrini cəbhə xəttinin arxasına yerləşdiririk, bu, Tavuşun təhlükəsizlik sistemini tamamilə məhv edir və bizdə yeni təhlükəsizlik böhranı yaranır2.

Vardanyanın fikrincə, həmin 4 kənd təhvil veriləcəyi təqdirdə İrəvan-Tbilisi dövlətlərarası yolunun 5 yerində Azərbaycan qoşunları yerləşdiriləcək: "O yol bizim üçün yararsız hala düşəcək. Belə çıxır ki, azərbaycanlılar Ermənistanla Gürcüstanı birləşdirən yollarda olacaq. Biz unikal anklava çevrilirik". (Unikal)

AzVision.az


Teqlər:





Xəbər lenti