Ursula Fon der Lyayen Aİ-ni yeni nəsil silahlar istehsal etməyə çağırdı

Ursula Fon der Lyayen Aİ-ni yeni nəsil silahlar istehsal etməyə çağırdı
  07 Mart 2024    Oxunub:912
Avropa İttifaqı (Aİ) birliyə üzv olan ölkələrin silahlı qüvvələrinin gücləndirilməsi siyasətini davam etdirməlidir. (Aİ) Həmçinin müdafiə məqsədləri üçün yeni silahların istehsalına başlamalıdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen deyib.

O qeyd edib ki, “Avropa İttifaqı yeni nəsil silahların istehsalını təmin etməlidir”. AK rəhbərinə görə, Avropa İttifaqının təhlükəsizliyi baxımından əsas problemi Ukrayna sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti