Slot: "Niderland Qəzzaya humanitar yardıma hazırdır"
Tərəflərin Qəzza zolağında vəziyyətlə bağlı müzakirəsi zamanı xanım nazir əraziyə böyük miqdarda humanitar yardımın göndərilməsi zərurətini diqqətə çatdırıb. O bu çərçivədə ölkəsinin yardımın sürətləndirilməsi üçün Qəzzaya skanerlər göndərə biləcəyini dilə gətirib.
Xanım nazir israilli həmkarını Ramazan ayında atəşkəs barədə razılığa gəlməyə və milyondan artıq insanın pənah gətirdiyi Rəfəh şəhərinə hücumdan çəkinməyə çağırıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Niderland İsrail Qəzza