ABŞ-də prezidentlik yarışı: Nikki Heyli israrlıdır |
"Böyük ölkəmizin hər yanından aldığımız dəstəyə görə minnətdaram, ancaq kampaniyamı dayandırmağın vaxtı çatıb. Amerikalıların öz səslərini eşitmələrini istədim və bacardım. Peşman deyiləm. Artıq namizədlikdən çəkilsəm də, inandığım amallar uğruna mübarizə aparacağam", - xanım Heyli söyləyib.
O həmçinin partiyadaxili rəqibi Donald Trampa uğurlar arzulayıb.
"Ölkəmiz fikir ixtilaflarının bizi ayırmasına icazə verməyəcək qədər qiymətlidir", - deyib.
Firudin Həmidli
AzVision.az