İsveç rəsmiləri Vaşinqtona gedəcəklər

   İsveç rəsmiləri Vaşinqtona gedəcəklər
  06 Mart 2024    Oxunub:978
İsveçin Baş naziri Ulf Kristersson və XİN rəhbəri Tobias Billström bu gün ABŞ-yə səfərə yollanacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilir.

İsveçin yaxın günlərdə NATO-ya üzvlüklə bağlı yekun sənədlərini ABŞ nümayəndələrinə təhvil verəcəyi gözlənilir. Bu, ölkənin hərbi alyansa qoşulmaq naminə prosesi başa çatdırmaq üçün son zəruri addımdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveç   ABŞ   nazir   səfər  





Xəbər lenti