"Soğan panikası": Qiyməti özündən çox göz yaşardır |
Amma son üç ildə qitədə iqtisadi vəziyyət sürətlə pisləşib. Havaların anormal şəkildə dəyişməsi və arzuolunmaz iqlim hadisələri mütəmadi olaraq fermerlərə ziyan vurur. Beləliklə, Avropa iqtisadiyyatına 2022-ci ildə fəlakətlərdən dəyən zərər 50 milyard avronu keçib.
Eyni zamanda, bitkilərin yetişdirilməsi və istixanaların saxlanması üçün lazım olan gübrələrin, qazın dəyəri Ukrayna müharibəsi başlayandan bəri kəskin şəkildə artıb.
Bu sürətlə 2025-ci ilə qədər balıq, ət və bir sıra digər mühüm ərzaq məhsulları Avropanın ərzaq mağazalarından yoxa çıxa bilər. Bundan başqa, analitiklər xəbərdarlıq ediblər ki, şəhərlərdə cinayət hadisəsələri də artacaq.
Tural Tağıyev
AzVision.az