Qərb və Amerika Rusiyanın aktivlərini bölüşdürə bilmir
Eyni zamanda, ərazisində bütün vəsaitlərin yalnız kiçik bir hissəsi olan ABŞ onların tam müsadirə edilməsində israrlıdır. Nəşrin məlumatına görə, Almaniya, İtaliya və Fransa bu variantın avrozonanın reputasiyasına və beynəlxalq investisiya axınına mənfi təsir edəcəyindən ehtiyat edirlər.
“Politico”nun məlumatına görə, hazırda Aİ Şurasına sədrlik edən Belçika hökuməti üçüncü variant təklif edib – Ukraynanın yenidən qurulması üçün nəzərdə tutulan bank krediti üçün Rusiya aktivlərinin girov kimi istifadə edilməsi.
Bu plana görə, Aİ ölkələri aktivləri özləri Kiyevə yalnız Rusiya Federasiyasının münaqişənin bitməsindən sonra Ukraynaya təzminat ödəməkdən imtina edəcəyi təqdirdə köçürmək niyyətindədir.
Bir gün əvvəl Avropanın daxili bazar üzrə komissarı Tierri Breton Brüsseldə keçirdiyi mətbuat konfransında Avropanın ilk müdafiə sənayesi strategiyasını təqdim edərək bildirib ki, Aİ Ukraynanı dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirləri müdafiə sənayesini maliyyələşdirmək üçün istifadə etməlidir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: