Rusiya cəbhədə irəliləmək üçün təyyarə itkilərinə hazırdır - ISW

    Rusiya cəbhədə irəliləmək üçün təyyarə itkilərinə hazırdır    - ISW
  06 Mart 2024    Oxunub:1125
Ukrayna Silahlı Qüvvələrinin son həftələr ərzində bir neçə bombardmançı təyyarəni vurmasına baxmayaraq, Rusiya Ukraynaya intensiv hava zərbələri endirməkdə davam edir.
Bu fikirlər ABŞ-nin Müharibə Araşdırmaları İnstitunun (ISW) yeni hesabatındandır.

Kiyev atılan bombaların sayına görə heç vaxt Rusiyanı ötməyəcək - "Forbes"
ISW ekspertləri qeyd ediblər ki, əgər döyüş qırıcıları işğalçılara irəliləməyə kömək edərsə, ruslar bu bahalı təyyarələri itirməyə hazırdırlar. Forbes-in məlumatına görə, Rusiya hərbçiləri Su-34 və Su-35 təyyarələri ilə təxminən 40 kilometr məsafədə Ukrayna mövqelərini bombalamaq üçün gündə yüz və ya daha çox döyüş uçuşu həyata keçirirlər.

Analitiklərin fikrincə, Rusiya Hərbi Hava Qüvvələri Ukraynada hava əməliyyatlarının yüksək tempini saxlamağı bacarırlar. Rus komandirlər düşünürlər ki, belə hava əməliyyatlarının müsbət nəticələri yeni torpaqların tutulmasının digər üsullarla olan xərclərindən daha az başa gəlir. Ona görə də təyyarələr üçün risklər adi qəbul edilir.

Eyni zamanda, “New York Times” da yazıb ki, "rusların cəbhə xəttində tətbiq etdiyi daha ​​aqressiv hava hücumu taktikası işğalçıların son irəliləyişlərinə kömək edib".

Bir neçə gün öncə Forbes-də Rusiyanın Ukraynada üstünlük əldə etməsinə dair maraqlı məqalə dərc olunmuşdu. Qeyd edilirdi ki, Ukrayna döyüşlərdə istifadə olunan bombaların sayına görə heç vaxt Rusiyanı ötməyəcək. Buna Qərbin dəstəyi də kifayət etməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Təyyarə  





Xəbər lenti