Tələbələr arasında idman növləri üzrə respublika çempionatı keçirilir

Tələbələr arasında idman növləri üzrə respublika çempionatı keçirilir
  05 Mart 2024    Oxunub:702
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali ixtisas təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatı keçirilir.
AzVision.az xəbər verir ki, çempionata idmanın 10 növü (şahmat, dama, stolüstü tennis, badminton, voleybol, basketbol, sərbəst güləş, yunan-Roma güləşi, cüdo və kəndirlə mübarizə) daxildir.

Yarışa şahmat ilə start verilib. 19 komandanın iştirak etdiyi mərhələdə I yerə Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası çıxıb. II yeri Azərbaycan Tibb Universiteti, III yeri isə Azərbaycan Mühəndislik Universiteti tutub.

Turnir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi, Azərbaycan Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyi ilə baş tutur.

AzVision.az


Teqlər: idman   çempionat  





Xəbər lenti