Latviya Rusiya meyvə-tərəvəzinə və dənli bitkilərinə qadağa qoydu

Latviya Rusiya meyvə-tərəvəzinə və dənli bitkilərinə qadağa qoydu
  05 Mart 2024    Oxunub:709
Latviyanın Kənd Təsərrüfatı Nazirliyi Rusiya tərəvəz, meyvə və dənli bitkilərinin tədarükünü qadağan edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Baltnews məlumat yayıb.

Bundan əvvəl Latviya hakimiyyəti Rusiya və Belarusdan taxıl idxalına qadağa qoymuşdu.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan Baltikyanı ölkələr Rusiyaya qarşı oxşar tədbirlərə əl atırlar. Latviya ötən ay Rusiya nömrəsi daşıyan avtomobillərlə bağlı məhdudlaşdırıcı tədbirlərə də görmüşdü.

AzVision.az



Teqlər:





Xəbər lenti