Kiyev atılan bombaların sayına görə heç vaxt Rusiyanı ötməyəcək - "Forbes"

   Kiyev atılan bombaların sayına görə heç vaxt Rusiyanı ötməyəcək -    "Forbes"
  05 Mart 2024    Oxunub:952
Ukrayna döyüşlərdə istifadə olunan bombaların sayına görə heç vaxt Rusiyanı ötməyəcək. Buna Qərbin dəstəyi də kifayət etməyəcək.
Bu fikirlər Forbes-də dərc olunan məqalədəndir. Nəşr hərbi müxbir və ekspert Devid Eksə istinad edib.

ABŞ Zelenskini Kiyevdən təxliyə edə bilər - "Asia Times"
"Hətta Ukrayna Silahlı Qüvvələri demək olar ki, planlaşdırılan bombalardan belə kifayət qədər istifadə etmir", - ekspert vurğulayıb.

Məqalə müəllifinin fikrincə, Kiyevə davam edən hərbi yardımlar döyüş meydanındakı vəziyyəti dəyişməyəcək. Jurnalist qeyd edib ki, Rusiya ordusu bundan sorna da Ukrayna Silahlı Qüvvələrinin əlinə düşəcək sursatlardan daha çox mərmi istifadə edəcək: "Rusiya Silahlı Qüvvələrinin həm havada, həm də quruda böyük üstünlüyü var".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti