Ermənistanın Baş Qərargah rəisi: "KTMT-dən çıxmağın nəticələri dövlət sirridir"

Ermənistanın Baş Qərargah rəisi:    "KTMT-dən çıxmağın nəticələri dövlət sirridir"
  05 Mart 2024    Oxunub:1055
Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Edvard Asryan jurnalistlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı açıqlamalar verib.
O, ölkəsinin KTMT-dən çıxmadığını və belə tədbirin atılacağı təqdirdə onun mümkün nəticələrinin sirr olduğunu deyib.

“Biz hələ KTMT-dən çıxmamışıq, sizin sualınızla bağlı cavab dövlət sirridir”, - general-leytenant qeyd edib.
O, Rusiya silahlarının ölkəyə çatdırılması məsələsini də dövlət sirri adlandırıb.

Xatırladaq ki, bir müddət öncə baş nazir Nikol Paşinyan KTMT-nin Minskdə keçirilən sammitində iştirak etmədi. O, ölkəsinin bu təşkilatda iştirakını dayandırdığını bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti