İran silkələndi

   İran silkələndi
  05 Mart 2024    Oxunub:772
İranın cənub-şərq bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Fanuc şəhərindən 50 km şimal-qərbdə yerləşib.

Zəlzələnin ocağı 10 km dərinlikdədir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti