MİT rəhbəri İbrahim Qalın ABŞ-yə gedib

   MİT rəhbəri İbrahim Qalın ABŞ-yə gedib
  04 Mart 2024    Oxunub:983
Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Qalın ABŞ-yə səfərə yollanıb.
AzVision.az xəbər verir ki, o, Vaşinqtonda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börnslə, habelə Ağ Ev, Konqres və Dövlət Departamenti rəsmiləri ilə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı PKK, FETÖ və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə, Qəzza zolağında müharibənin dayandırılması, habelə Rusiya-Ukrayna müharibəsi və Qafqazda cari vəziyyətlə bağlı müzakirələr aparılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   MİT   ABŞ  





Xəbər lenti