Putin Paşinyanla KTMT məsələsini müzakirə etməyəcək

Putin Paşinyanla KTMT məsələsini müzakirə etməyəcək
  04 Mart 2024    Oxunub:807
Hazırda prezident Vladimir Putinin fəaliyyət cədvəlində Ermənistanın baş naziri Nikol Paşinyanla ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalmaq və ya uzaqlaşmaq qərarına dair hər hansı danışıq aparılması nəzərdə tutulmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində məlumat verib.

Kreml nümayəndəsi əlavə edib ki, lazım gələcəyi təqdirdə, Putinlə Paşinyan arasında təmasların qurulması mümkündür. Lakin indi Moskvanın belə planı yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti