Nikki Heyli Tramp üzərində ikinci qələbəsini qazanıb

   Nikki Heyli Tramp üzərində    ikinci qələbəsini    qazanıb
  04 Mart 2024    Oxunub:996
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd seçkilərində Donald Trampın rəqibi Nikki Heyli praymeriz və kokuslarda ilk qələbəsini qazanıb. O, Amerikanın paytaxtı Vaşinqtonda və Kolumbiya ştatında səslərin əksəriyyətini toplayıb.
AzVision.az “BBC” telekorparasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, paytaxt dairəsində respublikaçıların demək olar ki, 63%-i Heyliyə, 33%-i isə Trampa səs verib. Heyli Kolumbiya dairəsindən 19 seçici səsinin hamısının səsini alacaq ki, nəticələr də hələlik ona ümumilikdə 43 seçici qazandıracaq. Tramp isə hələlik 247 səsə malikdir. Ümumilikdə, praymerizlər və kokuslar zamanı respublikaçılar partiyanın qurultayına 2429 nümayəndə seçirlər ki, onlar da iyulda prezidentliyə namizədi rəsmən elan edəcəklər.

Donald Trampın sekiqabağı qərargahı Heylinin “bataqlıqda” qələbəsinə təəccüblənmədiyini bildirib. Sabiq prezident və onun ardıcılları Vaşinqtonu məhz “bataqlıq” adlandırırlar.

“Nikki bütün Amerikada ciddi şəkildə rədd edildi, lakin uğursuz status-kvonu saxlamaq istəyən lobbiçilər və Kolumbiya dairəsinin insayderləri onu, sadəcə olaraq, “Bataqlıq Kraliçası” elan etdilər”, - Trampın qərargahının bəyanatında deyilir.

Nikki Heylinin mətbuat katibi Olivia Perez-Kubas, isə bildirib ki, Vaşinqtondakı problemləri ən yaxından görən respublikaçıların Donald Trampı və onun gətirdiyi xaosu rədd etmələri təəccüblü deyil.

Səsvermədən əvvəl “Associated Press” nəşri Vaşinqton praymerizində Heylinin qalib gəlmək üçün “ən yaxşı şansa” malik olduğunu vurğulamışdı. Buna qədər isə siyasətçi yalnız Nevada ştatında Respublikaçıların praymerizində qalib gəlib. Lakin həmin qələbə prezidentliyə namizədlərin irəli sürülməsi proseduruna heç bir şəkildə təsir göstərmədi. Çünki bunun üçün lazım olan səslər Heylinin iştirak etməkdən boyun qaçırdığı kokuslarda oynanıldı.

Donald Tramp isə, Nikki Heylinin doğma ştatı sayılan Cənubi Karolina ştatı da daxil olmaqla, əvvəlki bütün praymerizləri və kokusları inamla udub və artıq sabah o, prezidentliyə namizədliyini faktiki təmin etməyə ümidlidir.

Martın 5-də, fövqəl çərşənbə axşamı, 15 ştatda və bir xarici ərazidə hər iki aparıcı partiyanın praymerizləri və kokusları keçiriləcək. Respublikaçılar üçün isə 874 seçici səsinin taleyi həll olunacaq. Trampın qərargahı onun ən azı 773 səs alacağını proqnozlaşdırır.

“France-Presse” agentliyi yazır ki, analitiklərin iddiasına görə, Nikki Haley əsasən Trampın hüquqi problemləri və ya səhhətinin pis olması kimi digər hallar səbəbindən vəzifədən kənarlaşdırılacağı ümidi ilə mübarizəni davam etdirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Heyli   Tramp  





Xəbər lenti