Türkiyəli iş adamları ABŞ rəsmilərini məhkəməyə verəcək

   Türkiyəli iş adamları ABŞ rəsmilərini məhkəməyə verəcək
  03 Mart 2024    Oxunub:865
Bir sıra türk iş adamı Rusiya ilə ticarətə görə onları sanksiyalarla hədələyən ABŞ rəsmilərinə qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədirlər. Bu barədə Aydınlık qəzeti yazır.
Nəşr bildirib ki, ABŞ-ın Ankaradakı səfirliyinin və İstanbuldakı baş konsulluğun diplomatları Türkiyə şirkətlərinə və maliyyə qurumlarına baş çəkərək Rusiya ilə ticarət əlaqələrinə görə onları hədələyiblər:

“Türkiyəli iş adamları ABŞ rəsmilərinə qarşı məhkəmə iddiası açmağa hazırlaşdıqlarını, pul köçürmələrini bloklayan və bütün şəxsi məlumatları ABŞ-a bildirən banklara və bank filiallarına qarşı iddia qaldırmağa hazırlaşdıqlarını bildiriblər”.

Qəzetin yazdığına görə, ABŞ Ticarət Nazirliyi həmin diplomatlarla bağlı bütün məlumatları silib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti