"Qəbələ" "Səbail"ə, "Qarabağ" "Neftçi"yə qarşı

Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Qəbələ" "Səbail"i qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.
Turun mərkəzi və sonuncu matçında isə lider "Qarabağ" 2-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olacaq. Əzəli rəqiblərin görüşünə saat 19:00-da start veriləcək.
3 mart (bazar)
16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Neftçi Arena”
AzVision.az
Teqlər: