İspan turist Hindistanda təcavüzə məruz qalıb

   İspan turist Hindistanda təcavüzə məruz qalıb
  02 Mart 2024    Oxunub:1058
Əri ilə birlikdə dünya səyahətinə çıxan ispan turist Hindistanın Dumka şəhərində bir qrup gənc tərəfindən zorlanıb.
AzVision.az xəbər verir ki, hadisə dünən axşam saatlarında meydana gəlib.

Əri ilə birgə velosipedlə Bhaqalpur şəhərindən Nepala yola çıxmış qadının sözlərinə görə, Dumkada fasilə üçün qurduqları çadırda yatarkən 7-8 gəncin hücumuna məruz qalıb. O, polisə şikayətində cinsi təcavüzdən əlavə döyüldüyü də bildirib.

Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər saxlanılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Hindistan   hadisə   təcavüz  





Xəbər lenti