İran “Qremmi” mükafatına layiq görülmüş müğənnini həbs etdi

İran “Qremmi” mükafatına layiq görülmüş müğənnini həbs etdi
  02 Mart 2024    Oxunub:853
İranlı müğənni Şervin Hacıpurun mahnısı özündən asılı olmayaraq, etiraz aksiyalarına görə məşhurlaşıb. Bu səbəbdən o, üç il müddətinə azadlıqdan məhrum edilib.
Yerli medianın yaydığı xəbərdə qeyd olunur ki, 27 yaşlı müğənni məhkəmə tərəfindən milli təhlükəsizliyə qarşı iğtişaşlar törətmək və rejim əleyhinə təbliğat aparmaqda təqsirli bilinib.

Onun “Baraye” mahnısı 2022-ci il etirazlarının qeyri-rəsmi himni olub. Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri 22 yaşlı Məhsa Əmini öldürüblər.

“Baraye” “Sosial Dəyişiklik üçün Ən Yaxşı Mahnı” nominasiyasında 2023-cü ilin “Qremmi” mükafatına layiq görülüb.

Hüquq müdafiəçilərinin verdikləri məlumata görə, müğənnini İslam İnqilabının nailiyyətlərini təbliğ edən fəaliyyətlərdə iştirak etməyə məcbur ediblər. Bundan əlavə, Hacıpurun İslamda qadınların statusu ilə bağlı iki kitab və ABŞ-nin insanlığa qarşı vəhşilikləri haqqında trek yazacağı gözlənilir.
AzVision.az



Teqlər:





Xəbər lenti