Ərdoğan: "Qərb dovşana “qaç”, tazıya “tut” deyir"
O bildirib ki, bu özünü Qəzzadakı vəziyyətdə də göstərir: “Sözdə deyilənlər əməldə təsdiqlənmədikcə xoaslar səngiməyəcək”.
R.T.Ərdoğan beynəlxalq ictimaiyyəti ədalətli mövqedən çıxış etməyə çağırıb.
Dövlət başçısı söyləyib ki, bu gün Türkiyə Ukrayna-Rusiya müharibəsində ədalətli mövqe ortaya qoya bilən, dünyanın dörd bir tərəfi ilə münasibətləri qoruyan ölkədir.
O bildirib ki, Türkiyə gələcəkdə də ədaləti qorumağa davam edəcək: "Dostlarımızın sayını artıracağıq. Dünyanın fərqli yerlərində baş verən toqquşmalar beynəlxalq sistemin işləksizliyini göstərir. Buna səbəb sülh təşəbbüslərinə lazımi dəstəyin verilməməsidir".(Report)
AzVision.az
Teqlər: